Çevrilişə cəhdə görə Hakan Şükür hədələndi 18 İyul 2016 01:00 Dünya "Çalış Sakaryaya gəlmə!" Türkiyədə baş verən hərbi çevrilişə cəhd hadisəsi ölkədə idman camiyəsində də gərginlik yaradıb. ANS PRESS-in məlumatına görə, bu dəfə ölkənin sayılıb-seçilən idmançıları bu olay səbəbindən üz-üzə gəlib. Türkiyəli motosikletçi, dünya çempionu Kenan Sofuoğlu hadisə ilə bağlı sosial şəbəkədəki şəxsi hesabından paylaşım edib. O, həmin yazısında Fətullah Gülən tərəfdarı olaraq tanınan Türkiyə futbolunun canlı əfsanəsi Hakan Şükürə söz atıb. Tanınmış idmançı "Sakaryaya gəlmə, səni döyərlər” yazaraq veteran futbolçuya söz atıb. Milli basketbolçu Enes Kanter isə araya girərək Sofuoğluna sərt şəkildə cavab yazıb. Sofuoğlu yazdıqlarına Hakanın cavabı isə belə olub:"Allah bu ölkədə kim oğru və terrorçularla əlbirdirsə, onun bəlasını versin (Amin). Sakaryaya gəlib-gəlməmək deyil, məsələ Kenan Sofuoğlu, millətin malını oğurlayıb çalmamaqdır. Kimsə sabah peşman olacağı şeylər danışmamalıdır. Allah böyük və bu qardaşımızın da köməkçisi olsun”. İyulun 15-də axşam saat 22:00 radələrində Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisi ölkədə dövlət çevrilişinə cəhd edib. Hadisələr əsasən İstanbul və paytaxt Ankarada cərəyan edib. Hərbçilər əvvəlcə İstanbulun iki böyük magistral “Boğaziçi” və “Fatih Sultan Mehmet” körpülərində avtomobillərin hərəkətini dayandırıblar. Ağır zirehli texnika ilə körpünün giriş-çıxışları bağlanıb. Hərbi çevriliş cəhdinin qarşısı alınıb. 290 nəfər ölüb. Türkiyədə baş verən hadisələrdə hazırda ABŞ-da yaşayan, "Nurçular”ın lideri Fətullah Gülənin əli olduğu deyilir. // Teqlər : #Çevrilişə cəhdə görə Hakan Şükür hədələndi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yeddi polis əməkdaşı Alma-Atadakı atışmadan sonra reanimasiya yerləşdirlib Myanma Əhli-Beyt (ə) ardıcılları üçün kurslar təşkil olunub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO