Şeyx Əli Səlman: Şiə olduğuma görə həbs edilmişəm!

Bəhreyn Birlik partiyasının baş katbi Şeyx Əli Səlman həbsi ilə bağlı verdiyi açıqlamada bildirib: “Mən, Şiə Ruhanisi həmçinin Vifaq (Birlik) partiyasının sədri olduğuma görə, hücuma məruz qalaraq həbs edilmişəm”.
 
Şeyx Əli Səlmanın bəhreynli vəkili Əbdullah Şəmlavi ötən gün Cümə Axşamı Şeyx Əli Səlman ilə zindanda görüşdüyünü deyərək bildirib: “Müvvəkilim Şeyx Əli Səlman ilə görüşdə o mənə bildirdi ki, onu məhz Şiə Ruhanisi və Vifaq partiyasının sədri olduğuna görə, təqiblərə məruz qoyaraq həbs ediblər”.
 
Məlumatlara görə, Bəhreyn həbsxanalarında zindana məhkum olan minlərlə günahsız Şiə siyasi fəalları Şeyx Əli Səlmanın həbsinə etiraz əlaməti olaraq kütləvi sürətdə aclıq aksiyasına əl atıblar.
 
Bəhreynin Cəvv Mərkəzi cəza çəkmə kaloniyasındakı siyasi dustaqlar bəyanat yayımlayaraq bildiriblər: “31 Dekabr 2014 tarixdən başlayaraq Cəvv cəza çəkmə kaloniyasının siyasi dustaqları Şiə Ruhanisi və Vifaq partiyasının baş katibi Şeyx Əli Səlmanın həbs edilməsinə etraz əlaməti olaraq kütləvi sürətdə aclıq aksiyasına başlayıblar. Bununla yanaşı dustaqlar hər axşam 22:00 –da Əllahu Əkbər şüarları səsləndirərək Şeyx Əli Səlmanın azadlığını tələb edirlər. Etiraz aksiyalarımız bir həftə davam edəcəkdir”.

Google+ WhatsApp ok.ru