Şeyxdən Əl-Əqsa açıqlaması

Bu, gələcəkdə dinlərəarsı münaqişəyə, təxribata səbəb ola bilər

Əl-Əqsa məscidi ətrafında baş verən prosseslər, sionist rejimin məscidə hörmətsizliyi  ilə bağlı  Qafqaz Müsəlmanları İdarəsinin sədri  Şeyxi Hacı Allahşükür Paşazadədən  açıqlama gəlib.

Hacı Allahşükür Paşazadə ANS-ə bildirdi ki, baş verənlər təkcə müsəlmanların deyil, dünyanın bütün dindarlarının problemidir. Müsəlmanların Kəbədən sonra ikinci ən müqəddəs məkanı olan Əl Əqsa yalnız islam və müsəlmanlar üçün deyil, bütün səmavi dinlər, İsa və Musa peyğəmbərlərmiz üçün də müqəddəsdir.
Şeyx dedi ki, dünya bu hadisələri etinasızlıqla izləyərsə, ədalətli mövqe ortaya qoyulmazsa bu, gələcəkdə dinlərəarsı münaqişəyə, dünya miqyasında təxribata səbəb ola bilər.
Bütün qafqazın Şeyxi prosesləri ciddi narahatlıqla izlədiyini və məsələdə sağlam düşüncənin, ağlın və imanın qələbəsinə inandığını deyib.
Qafqaz Müsəlmanları İdarəsi yaranmış problemlə bağlı xüsusi açıqlama ilə çıxış edəcək. /

Google+ WhatsApp ok.ru