Şeyx İkrimə Sabri: `Kəbənin təhlükəsizliyi sionistlərin əlindədir`

Şeyx İkrimə Sabri Kəbənin və Peyğəmbər məscidinin təhlükəsizliyinin təmin edilməsi vəzifəsinin sionistlərin əlində olmasına sərt etiraz edib.
 
Məscidi Əqsanın xətibi və Ali İslam Şurası başçısı Şeyx İkrimə Sabri, Səudiyyə rejimini tənqid edərək belə deyib: "Kəbənin və Peyğəmbər  məscidinin təhlükəsizliyi sionist şirkət G4-ün əlindədir. Bu şirkət illərdir İsraildə fəaliyyət göstərir."
 
Almaniyadakı müsəlmanlara xitab edən Şeyx Səbri belə danışıb: "G4s fələstinlilərə işgəncə edən həbsxanaların təhlükəsizliyini təmin edən bir sionist şirkətidir. Əslində bu şirkət işğal güclərinin cinayət ortağıdır. Necə olur ki, Ərəbistan özünü İslam və Ərəb dünyasının hamisi kimi göstərir, amma Fələstinlilərə işgəncə edən bu İsrail şirkətini Həcc rəhbərliyi üçün istifadə edir.
 
G4s şirkətinin mərkəzi ofisi Ciddədə yerləşir və bu şirkət işğal ərazilərində nəzarət nöqtələrinin rəhbərliyini də əlində saxlayır və Fələstinliləri həbs edir. Bu şirkət eyni zamanda İsrail ordusuna aid işgəncə mərkəzləri olan Calma və Maşubihin də rəhbərliyindədir."

Google+ WhatsApp ok.ru