Şeyx Nimirə 17 il həbs verildi

Maide.az-ın verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı məhkəməsi tanınmış şiə alimi Şeyx Nimir Baqirən-Nimirə 17 il həbs cəzası verib. Öncə onun barəsində ölüm hökmü çıxarmış rejim məhkəməsi beynəlxalq təpkilərdən sonra geriyə addım atmaq məcburiyyətində qalıb. Şiə alimi bundan əlavə 100 min rial məbləğində cərimə olunub.
 
Şeyx Nimirin vəkilinin sözlərinə görə, çıxarılan ədalətsiz qərarla bağlı apelyasiya şikayəti veriləcək.

Google+ WhatsApp ok.ru