`Şeyx İsa Qasim Bəhreyn xalqının qırmızı xəttidir`

`Şeyx İsa Qasim Bəhreyn xalqının qırmızı xəttidir`

 Ali Xəlifə rejimi  Ayətullah Şeyx İsa Qasimi həbs etmək niyyətindədir və onun evinə olunan hücum insanların buna reaksiyasını yoxlamaq məqsədi daşıyırdı.  Bu sözləri Bəhreyn şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasimin  İrandakı nümayəndəsi Şeyx Abdullah Daqqaq tasnim agentliyinə müsahibəsində deyib. 
 
Maide.Az xəbər verir ki, A.Daqqaq deyib ki, şükürlər olsun Bəhreyn xalqı  təhlükəsizlik qüvvələrinin  Şeyx İsa Qasimin evinə hücumuna sərt reaksiya verdi və rejim anladı ki, Şeyx İsaya qarşı zorakılıq asan olmayacaq. “Şeyx İsa Qasim Bəhreyn xalqının  qırmızı xəttidir. Onun müdafiəsi üğrunda hamı canından keçməyə hazırdır”. 
 
A.Daqqaq deyib ki,  İngiltərə  Ali Xəlifə rejimini dəstəkləyir və Diraz bölgəsinə hücum da bir başa İngiltərənin  dəstəyi ilə baş tutub.  
 
O, Şeyx İsa Qasimin sağlamlıq durumu ilə bağlı deyib ki,  onun sağlamlığı normaldır və yüksək əhval ruhiyəyə sahibdir. “Xalqı müqavimət göstərməyə dəvət edir. Şeyx İsa Qasimin evinin önündə oturaq aksiya keçirən qardaşlarımızın da əhval ruhiyəsi yüksəkdir. Ali Xəlifə rejim qüvvələrinin son hücumu xalqın iradəsinin güclənməsinə səbəb oldu”
 
A.Daqqaq deyib ki, xalqımız öz qanuni hüquqlarının bərpasına qədər geri çəkilməyəcəklər. 
 
 
 

Google+ WhatsApp ok.ru