Fələstin şəhidlərinin sayı 1300 nəfər yaralılar isə 7200 nəfərə çatıb

Qəzzadan ölüm xəbərləri hər dəqiqə yenilənir. Ötən 24 saat ərzində  İsrailin fasiləsiz olaraq davam edən hücumlarında 247 fələstinli dünyasını dəyişib. 

Maide.az-ın İranın Mehr xəbər agentliyinə istinadən məlumatına görə, sionist İsrail rejiminin Qəzzəyə hücumu nəticəsində  fələstinli şəhidlərin sayı bu günə qədər 1300 nəfərə, yaralıların sayı isə 7200 nəfərə çatıb.

 Şəhid və yaralıların əksəriyyətini sivillər, xüsusi ilə də qadın və uşaqlar təşkil edir.

Ötən bir sutka ərzində Sionist rejim ordusunun fələstinlilərə qarşı hücumları intensivləşib və Qəzzada 125 nəfərdən çox fələstinli şəhid olub.

Sionist rejimin ötən gecə BMT-nin Əmək və Yardım Agentliyinin Qəzzanin şimalında Cebaliya düşərgəsi yaxınlığındakı məktəbə ağır artilleriya hücumunda ən azı 20 nəfər şəhid olub, onlarla nəfər də yaralanıb.

Sionist rejim həmçinin qeyri insani bir hərəkətdə fələstinlilərin su quyuları və su sistemi şəbəkəsini hədəfə alıb. Belə ki 8 ildən artıq blokada şəraitinə görə su çatışmazlığından əziyyət çəkən Qəzza əhalisi bu dəfə də insan faciəsi ilə üzləşsin./

 

 

Google+ WhatsApp ok.ru