Fələstinin milli birlik hökuməti Qəzzada ilk toplantısını keçirib

Fələstində təsis edilmiş yeni hökumət Qəzza zolağında işə başlayıb.

 

SalamNews–un "əl-Cəzirə"yə istinadla verdiyi xəbərə görə, yeni yaradılmış milli birlik hökuməti bütün nazirləri ilə birlikdə zolağa gedərək ilk toplantısını burada keçirib.

 

Hökumət üzvlərinin müzakirə etdikləri əsas mövzü Qəzzada yenidənqurma işləri olub.

 

Məlumata əsasən, İsrailin Qəzzaya təcavüzü nəticəsində buradakı hökumət binaları dağıldığından Fələstin lideri Mahmud Abbasın zolaqdakı evi yeni Nazirlər Kabinetinin istifadəsinə verilib.

 

Bildirək ki, "Fəth" və HƏMAS hərəkatları 2007-ci ildən etibarən ayrı-ayrılıqda Qəzza və İordan çayının qərb sahilində hakimiyyətdə idilər.  /

Google+ WhatsApp ok.ru