Fələstində yeni toqquşmalar baş verib

Bu gün səhər saatlarda sionist işğalçılarının İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərində və ətrafında Fələstinlilərə aid bəzi məhəllələrə basqınlar təşkil edib və yolları bağlayıb. 
 
Maide.az xəbər verir ki, bölgədəki yerli mənbələrin məlumatlna görə əs-Suveytat məntəqəsində və şimaldakı Arus parkı ətrafında toplaşan işğalçı güclər bu bölgələrdə müxtəlif nöqtələrdə hərbi tələ və maneə qurublar. Bundan başqa Cenin-Nablus yolunda da müxtəlif nöqtələrə tələlər qurublar. Bir başqa hərbi komanda da Cenin şəhəri daxilində əl-Cinan, əl-Cabiriyat və Merahu Sad məhəllələrinə basqın təşkil edib, buralarda müxtəlif evlərin damlarına çıxaraq, insanları təhdid etməyə başlayıblar.
 
Fələstinlilərin bu basqın və pusqulara etiraz etmələrindən sonra da işğalçılarla yerli əhali arasında toqquşmalar başlayıb.
 
Regionda tam mənada basqın havası yaradan və tez-tez özbaşına şəkildə Fələstinlilərin evlərinə, məhəllələrinə basqınlar təşkil edən, yollarına pusqular və hərbi maneə quran sionist qatillər bu torpaqların əsl sahiblərinin dinc və əmin-amanlıq şəraitində yaşamalarını əngəlləməyə çalışır.

Google+ WhatsApp ok.ru