Fələstinlilər Qüdsdə israilliləri daşqalaq ediblər

İsrail süvari polisi ultra-sağ israillilərin 1967-ci ildə “altıgünlük müharibə” zamanı İsrailin Şərqi Qüdsü ələ keçirməsinin ildönümü yürüşünə qarşı etiraz edən fələstinliləri dağıdıb.
 
BBC-nin verdiyi xəbərə görə, fələstinlilər əsasən, müsəlmanların yaşadığı qədim şəhərdə bayraqla yürüş edən israilliləri daşqalaq ediblər.
 
Azı iki polis və iki fələstinli yaralanıb.
 
Bildirək ki, Fələstin administrasiyası Şərqi-Qüdsü Fələstin dövlətinin gələcək paytaxtı kimi dəyələndirir.
 
Qüds günü ilə əlaqədar çıxış edən İsrail baş naziri Benyamin Netanyahu Qüdsün yəhudi dövlətinin vahid və bölünməz paytaxtı qalacağını təkrarlayıb./SalamNews/

Google+ WhatsApp ok.ru