Fərqli ölkələrdə yaşayan qaçqınlar –FOTO

Fərqli ölkələrdə yaşayan qaçqınlar –FOTO

Bu gün Ümumdünya Qaçqınlar Günüdür. BMT Baş Assambleyası 4 dekabr 2000-ci ildə iyunun 20-nin Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsinə dair qətnamə qəbul edib.
 
Maide.Az “Mehr”-ə istinadən xəbər verir ki, bu gün münasibətilə Suriya, Nigeriya, Yəmən və Sudan kimi bölgələrdə baş verən müharibələr nəticəsində qaçqınların sayı getdikcə artır. 
 
BMT-nin məlumatına görə, 2016-cı ildə ən az 65 milyon 600 min nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb. Bu rəqəm həm ölkələrinin daxilində və həm də ölkələrindən kənar qaçqın düşmüş şəxslərin sayıdır. Təqribən 40 milyon 300 min nəfər öz ölkələrinin ərazisində qaçqın düşüb. Belə qaçqınlar əsasən Suriya, İraq və Kolimbiyaya aiddir.
 
BMT Ali Komissarı elan edib ki, 2016-cı ildə 22 milyon 500 min nəfər sığınacaq üçün müraciət edib ki, onların yarıdan çoxu uşaqlardır. 
 
Suriyada yaranan böhranın əvvəlindən indiyədək BMT Ali Komissarlığında 5 milyondan çox qaçqın qeydə alınıb.  
 
BMT Suriya və Cənubi Sudanda humnaitar faciə ilə bağlı narahatlığını bildirib. BMT həmçinin dünyada qaçqınların sayının artmasına görə narahatdır. /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru