Fələstinli əsirlərin ən azyaşlısı azad olub, daha 2 azyaşlıya isə uzun müddətli iş kəsilib

Fələstinli əsirlərin ən azyaşlısı azad olub, daha 2 azyaşlıya isə uzun müddətli iş kəsilib

Sionist İsrail rejimi azyaşlı fələstinli əsir 11 yaşlı Kərim İmran Hüseyni 3 ay həbsdə saxladıqdan sonra sərbəst buraxıb. 
 
Maide.Az xəbər verir ki, İmran Hüseyn 3 ay öncə atası ilə birlikdə həbs olunmuşdur. 1 həftə sonra atası sərbəst buraxılsada onun barəsində 3 aylıq həbs qərarı çıxardılmışdır. 
 
Kərimin ailəsi deyir ki, işğalçı rejim  onun barəsində cərimə hökmüdə çıxardıb və nağd ödənilməlidir. 
 
Fələstinin Əsirlərlə İş üzrə təşkilat elan edib ki, sionist rejim məhkəməsi Qüdsdə 2 uşaq barəsində uzun müddətli həbs qərarı çıxardıb. Onlar sionist əsgərlərinə bıçaq çəkməkdə ittiham olunur. Uşaqlardan birinin adı MƏhəmməd Məşahirdir ki, məhkəmə onu 5 il azadlıqdan məhrumetmə cəzası verib. Digər uşaq isə 20 il müddətinə azadlıqdan məhrum edilib. 
 
Məlumatda bildirilir ki, sionist rejim Apellyasiya Məhkəməsi bu uşaqlarla bağlı son qərarını sentyabrda açıqlayacaq. 
 
Fələstinin Əsirlərlə İş üzrə təşkilatı fələstinli uşaqlar haqqında çıxardılan məhkəmə qərarını pisləyib. /

Google+ WhatsApp ok.ru