Fələstində Osmanlı mətbəəsində nəşr olunmuş Quran tapılıb-FOTO

Fələstində Osmanlı mətbəəsində nəşr olunmuş Quran tapılıb-FOTO

-- Quran 130 il əvvəl nəşr olunub

Fələstində tarixi bir məscidində yenidənqurma əsnasında, II Sultan Əmdülhəmidin  dövrünə aid 3 ədəd Quran nüsxəsi tapılıb.
 
Maide.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki ay əvvəl başlayan təmir işləri zamanı məsciddə olan kitabların araşdırılması zamanı aşkarlanan Osmanlı mətbəəsində 130 il əvvəl nəşr olunan bu Quran nüsxələrini məscidin müəzzini Saim Əzim tapıb.
 
Quran nüsxələrinin son  səhifəsində ərəbcə Quranın Seyyid Mustafa Nəzifin əlyazması olduğu və hicri 1309-cu ildə (miladi 1887- ci ildə) Osmanlı mətbəsində nəşr olunduğu qeyd olunub.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru