Sabahın hava proqnozu 04 Dekabr 2017 02:00 Xəbərlər -- havanın əsasən yağmursuz keçəcəyi gözlənilir Bakıda və Abşeron yarımadasında dekabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında dekabrın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. Teqlər : #Sabahın hava proqnozu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyanın ən bahalı və ucuz şəhərləri müəyyənləşib Fələstində Osmanlı mətbəəsində nəşr olunmuş Quran tapılıb-FOTO