Fələstin XİN xəbərdarlıq edib: İsrail Qüdsdə qədim divarı sökmək istəyir 07 Yanvar 2019 12:52 Fələstin Fələstinin Xarici İşlər Nazirliyi dünən rəsmi bəyanat yayaraq işğalçı İsrail rejiminin Qüdsün qədim hissəsində yerləşən tarixi divarı sökməyə hazırlaşdığı barədə həyəcan təbili çalıb. Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Nazirliyin açıqlamasına görə, işğalçı rejim bununla müqəddəs şəhərin yəhudiləşdirilməsi prosesini daha da sürətləndirmək məqsədini güdür. Bildirilib ki, İsrailin Qüds bələdiyyəsinin üzvü Arye Kinq sosial şəbəkədə Qüds divarını sökməklə bağlı çağırışlar edib. Bu səbəbdən Fələstin XİN ərəb və müsəlman ölkələrini qədim Qüdsü işğalçı planlardan qorumaq məsələsinə daha ciddi yanaşmağı tələb edib. Qeyd edək ki, rəsmi Təl-Əviv hökumət məmurunun bu çağırışı ilə bağlı hər hansı açıqlama verməyib. Bildirək ki, İsrai rejimi İordan çayının qərb sahili və Şərqi Qüdsü 1967-ci il müharibəsində işğal edib. 1980-ci ildə isə bütün şəhər faktiki qəsb edilib. Beynəlxalq hüquqla Şərqi Qüds işğal altında olan ərazi kimi qəbul edilsə də, İsrail rejimi bu şəhəri özünün əbədi paytaxtı hesab edir. Teqlər : #Fələstin,#XİN,#xəbərdarlıq,#edib:,#İsrail,#Qüdsdə,#qədim,#divarı,#sökmək,#istəyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrailli yazar: 'İsrail 25 ildən də tez məhv olacaq' - Video İsrail əsgərləri səbəbsiz yerə fələstinli qızı güllələyiblər
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar