Fələstin Pravoslav Kilsəsinin arxiyepiskopu: ‘Qüds çox böyük təhlükədədir’

Fələstin Pravoslav Kilsəsinin arxiyepiskopu: ‘Qüds çox böyük təhlükədədir’

Qüds çox böyük təhlükədədir.  
 
Maide.Az "palinfo"a istinadla xəbər verir ki, bunu Fələstin Pravoslav Kilsəsinin arxiyepiskopu Atilla Han Nablus şəhərinin rəsmi şəxsləri və sakinləri ilə görüşdə deyib. 
 
O Qüds şəhərinin yəhudiləşməsi ilə bağlı  öz narahatlığını bildirib. "Qüds çox böyük təhlükədədir.  Belə ki,  işğal olunmuş  müqəddəs şəhərdə çoxşaxəli  yəhudiləşmə aparılır.  Genişmiqyaslı, qəddarcasına həyata keçirilən  işğal "xeyirxahlıq" adı altında gecə və gündüz davam etdirilir.  ABŞ və Qərbin  mövqeyi də bu istilaya rəvac verir". 
 
Arxiyepiskop A. Han bildirib ki, biz Fələstin xalqı öz problemlərimizin həllini  digərlərindən gözləməməliyik, öz qüvvələrimiiz səfərbər etməliyik.  "Biz müqəddəs Qüds şəhərinin qarşısındakı borcumuzu yerinə yetirməliyik, bütün qüvvəmizlə, qətiyyətimizlə birləşməliyik. Bu birlik  hüquqlarımızın bərpası yönündə  gücümüzü artıracaqdır."
 
 

Google+ WhatsApp ok.ru