Fələstin Ərəb Liqasına sədrlikdən imtina etdi

Fələstin Ərəb Liqasına sədrlikdən imtina etdi

Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Krallığının İsrail rejimi ilə münasibətləri normallaşdırmasına etirazını bildirən Fələstin Ərəb Liqasına sədrlikdən imtina edib.

 
Bu barədə jurnalistlərə Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki bildirib.
 
Sentyabrın 15-də Vaşinqtonda imzalanmış sazişi pisləyən fələstinli nazir qeyd edib ki, ərəb dövlətlərinin bu addımı onlara qarşı xəyanətdir. O əlavə edib ki, məhz Fələstinin sədrliyi dövründə İsraillə münasibətlərin normallaşması səbəbindən növbəti 6 ay müddətinə Ərəb Liqasına sədrlik etmək məqsədəuyğun deyil. Nazir bildirib ki, bu qərar təşkilatın Baş katibi Əhməd Əbu Qeytə də çatdırılıb.
 

Google+ WhatsApp ok.ru