İsveçrədə ildırım futbolçuları vurdu

İsveçrədə ildırım futbolçuları vurdu

İsveçrədə oyun zamanı meydançaya ildırım düşməsi nəticəsində on dörd gənc xəsarət alaraq xəstəxanalara yerləşdirilib.
 
Bu barədə Sankt-Qallen polisi bildirib.
 
"Hazırda məlum olan informasiyaya görə, ildırım işıq dirəyini vurdu. Elektrik yükü yerə keçdi və meydançaya yayıldı”, - polis bildirib.
 
Xəstəxanalara hadisə nəticəsində iki komandadan xəsarət almış 14 gənc çatdırılıb. Onların 15-16 yaşları var. Gənclərdən biri xəstəxanaya helikopterlə aparılıb.
 
Prokurorluq və polis hadisənin başvermə şəraitinin müəyyənləşdirməyə başlayıb. /RİA Novosti/
 

Google+ WhatsApp ok.ru