`Facebook`da 3D şəkillər paylaşmaq mümkün olacaq 22 Fevral 2018 02:00 Maraq dünyası -- Yaradıcılar yazırlar ki, obyekt toxunuşa dərhal reaksiya verir "Facebook" sosial şəbəkəsi "glTF 2.0" formatını dəstəkləməyə başlayıb. Bu, istifadəçilərə xəbər lentində 3D formatında obyektlər paylaşmaq imkanı verir. Maide.Az bildirir ki, “Report” xəbər verir ki, yenilik barədə şirkətin saytında məlumat yerləşdirilib. "Biz bu yaxınlarda 3D paylaşım sistemi tətbiq etmişik. Bu, insanların rəqəmsal obyektləri hər tərəfdən görməsinə və onunla birgə "Facebook"un xəbər lentində işini davam etdirməsinə imkan verəcək", - deyə məlumatda bildirilir. Yaradıcılar yazırlar ki, obyekt toxunuşa dərhal reaksiya verir və məzmunu ekrandan "çıxarma"ğa imkan verir. Şəkili kompüterdə siçanın sol düyməsini basıb saxlamaqla və ya toxunuşla işləyən cihazlarda barmaqla sıxaraq döndərmək mümkündür. Teqlər : #`Facebook`da 3D şəkillər paylaşmaq mümkün olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyada banklar müştəriləri səsindən tanıyacaq Çində 2 min illik antik şəhər tapıldı