`Facebook`da müəllif hüquqlarını pozan videolar silinəcək 29 Dekabr 2016 02:00 Maraq dünyası Səsyazma studiyaları sosial şəbəkədən müəllif hüquqlarını qorumağı tələb edirlər Səsyazma studiyaları "Facebook" sosial şəbəkəsindən müəllif hüquqlarını fəal şəkildə qorumağı tələb edirlər. "Report" "Financial Times" nəşrinə istinadən xəbər verir ki, böyük səsyazma studiyaları sosial şəbəkədən istifadəçilər tərəfindən yüklənən və tərkibində müəllif hüquqları qorunan materiallar olan videoları silməyə çağırıb. Nəşrin məlumatına görə, "Facebook" hazırda müəllif hüquqları qorunan kontentin izlənməsi texnologiyası üzərində işləyir. Texnologiya öz təsdiqini tapan kimi, səsyazma studiyaları ilə "Facebook" arasında lisenziya sazişinin imzalanması üzrə müzakirələr aparılacaq. / Teqlər : #`Facebook`da müəllif hüquqlarını pozan videolar silinəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Təyyarələrdə uçuş və eniş zamanı işığın söndürülmə səbəbi 2016-cı il ərzində NASA tərəfindən çəkilən ən gözəl FOTOlar