Təyyarələrdə uçuş və eniş zamanı işığın söndürülmə səbəbi

Təyyarələrdə uçuş və eniş zamanı işığın söndürülmə səbəbi

Əgər təyyarədə uçmusunuzsa, o zaman, yəqin ki, uçuş və eniş vaxtı təyyarə salonunda işığın söndüyünü bilirsiniz.
 
Bunun nə üçün lazım olduğundan xəbəriniz varmı?
 
Maide.Az interaz-a istinadən xəbər verir ki, yüksək staja malik pilot Kris Kuk bunun təhlükəsizlik məqsədilə edildiyini izah edir. İşığın müvəqqəti söndürülməsi sərnişinlərin gözlərinə qəza vəziyyəti ilə əlaqədar qaranlığa uyğunlaşmağa imkan verir.
 
Eniş və uçuşun ən təhlükəli məqamlar olduğu və qəzaların əksər hallarda məhz həmin məqamlarda baş verdiyi məlumdur. Sərnişinlərə qəza təxliyəsi tələb olunduğu halda qaranlığa öyrəşən sərnişinlər tez bir zamanda olduğu yerin səmtini təyin edə biləcəklər.
 
Orta hesabla gözlərin qaranlığa öyrəşməsi üçün təxminən 10 dəqiqə vaxt tələb olunur. Bu səbəbdən belə təhlükəsizlik tədbiri dəyərli vaxta qənaət etməyə imkan verəcək. Göyərtədə zülmət qaranlıq hökm sürmür. İşıq söndürülən zaman qəza girişləri və çıxışları, eləcə də təxliyə yolları işıqlanmaqda davam edir. Bu, sərnişinlərə ətrafa boylanmağa və tez bir zamanda olduğu yerin səmtini təyin etməyə imkan verir.
 
Yeri gəlmişkən, elə bu səbəbdən eniş zamanı fövqəladə hal baş verəcəyi təqdirdə gün işığının salonu işıqlandıra bilməsi üçün illüminatorların pərdələrini açırlar. /

Google+ WhatsApp ok.ru