`Facebook` dan Krım istifadəçilərinə qadağa

Feysbuk ayın əvvəlindən krımlılara qarşı sanksiyalar tətbiq edib. 
 
Maide.Az Rusiya mediasına istinadən xəbər verir ki, yarımadanın sakinləri sosial şəbəkənin ödənişli xidmətlərdən istifadə edə bilməyəcəklər. Onlar üçün Feysbukda reklam akkauntları və hesab ödəmələri əlçatmaz olub.
 
İnformasiya-marketinq ensiklopediyasının yaradıcısı Sergey Petrenko "searchengines.ru"-ya baş verənləri şərh edərkən bildirib ki, Feysbuk tərəfindən reklam akkauntların qadağa, biznes üçün ciddi zərbədir. Nəzərə alsaq ki, bir çox şirkətlərin feysbuk səhifələri mövcuddur. /

Google+ WhatsApp ok.ru