Facebookda terrorçuları dəstəkləyən statusa görə həbslər davam edir

İspaniya Milli Məhkəməsi sosial media vasitəsi ilə ETA terror təşkilatını tərifləyən statuslar yazan şəxsə 1 il həbs cəzası verdi.
 
Maide.az xəbər verir ki, "terrorizmi tərifləmə" iddiası ilə mühakimə olunan 31 yaşlı Aritz Egurrola Anacabe adlı müttəhim məhkəmənin verdiyi cəzanı qəbul etdiyini bildirib.
 
Anacabenin 2012-2014-ci illərdə Facebookdakı şəxsi səhifəsində Bask bölgəsinin müstəqilliyi üçün mübarizə aparan Avropa Birliyinin (Aİ) terror təşkilatı siyahısındakı ETAnı tərifləyən mesajlar, videolar və fotolar dərc yayımladığı qeyd olunub. Bundan başqa, Anacabenin ETA dustaqlarına dəstək verən statusları da var.
 
İspaniyada ötən ilin oktyabr ayında Mariya del Carmen D.Y. adlı bir qadın da oxşar cinayətdən 1 il həbs cəzası almışdı.
 
İspaniyada internetdə və sosial şəbəkələrdə terrorizmi tərifləyən statuslara qarşı son iki ildir böyük həssaslıq göstərilir. Bu ittihama bağlı olaraq ötən ilin may ayında ölkə daxilində keçirilən əməliyyatda təxminən 20 nəfər saxlanılıb.

Google+ WhatsApp ok.ru