Facebook Suriya prezidenti nin və Əl-Məyhadin kanalının səhifəsini bağladı

Facebook  sosial şəbəkə rəhbərliyi  Suriya prezidenti Bəşşar Əsəd və Suriya hökumətinəbağlı  bir neçə  facebook səhifəsini bağlayıb. 
 
Maide.Az xəbər verir ki,  bağlanmış səhifələr arasında “Əl-Məyadin”, “Əl-Dünya”,  və “Sama” kimi kanalların da səhifələri var. 
 
Facebook bu addımı Hələb şəhəri əhalisi ilə həmrəylik nümayiş etdirmək məqsədi ilə atdığını bildirib.  Əl-Məyadin öz izləyicilərinıə müraciət edib və  bildirib ki, Facebook səhifəsini itiridiyi üçün  kanalın xəbərlərini twitter  ve  teleqramdan izləsinlər.
 
 Facebook  Suriya hökuməti və Əl-Məyadin kanalına qarşı bu addımı eləbir vaxtda atıb ki,  İŞİD, Cəbhətun-Nüsrə,  Ceyşul-İslam kimi təhlükəli  terror qruplaşmalarının  facebookda   və digər sosial şəbəkələrdə səhifələri fəaliyyət göstərir. Terrorçular  rahatlıqla həmin  sosial  şəbəkələrdə  öz film və fotolarını yayımlayır, günahsız insanların başlarını necə  kəsdiklərini  təbliğ edirlər.
 

Google+ WhatsApp ok.ru