Facebookun gəlirləri 70 faiz artıb

Facebookun gəlirləri 70 faiz artıb

Facebookun bu ilin ikinci rübündə xalis mənfəəti, keçən ilin eyni dövrü ilə müqayisədə 70 faiz artım göstərib.
 
Maide.Az xəbər verir ki, dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook", New York birjasının bağlanmasının ardından, bu ilin ikinci rübünə dair hesabatını açıqlayıb. 
 
"Facebook"-un hesabatında bildirilir ki, bu ilin ikinci rübündə şirkətin xalis mənfəəti artaraq 3,89 milyard dollara çatıb. Keçən ilin eyni dövrü ilə müqayisədə şirkətin xalis mənfəəti 70 faiz artıb. Bu rəqəm ötən ilin aprel-iyun ayı dövründə 2,29 milyard dollar təşkil edib.  
 
Aylıq istifadəçi sayı 2 milyarddan çoxdur 
"Facebook"un günlük və aylıq aktiv istifadəçi sayında da bu ilin aprel-iyun ayı dövründə artım qeyd edilib. 
 
Hesabatda, 2017-ci ilin iyun ayından etibarən "Facebook"un günlük aktiv istifadəçi sayının 1,32 milyard olduğu, bu ədədin keçən ilin eyni dövrünə görə 17 faiz artdığı qeyd olunub. 
 
Vurğulanıb ki, iyun ayının 30-dan "Facebook"un aylıq aktiv istifadəçi sayı 2,01 milyarda çatıb. (anadolu)

Google+ WhatsApp ok.ru