Faciə addım-addım yaxınlaşır: Bu evlər hər an uça bilər

Sabunçu rayonu, Sabunçu qəsəbəsində qayaların üstündə tikilən onlarla evin hər an uça biləcəyi haqda xəbər vermişdik.
 
Sabunçu dəmiryolu vağzalının yaxınlığında yerləşən evlərin altındakı qayalıqlar yavaş-yavaş uçur.
 
Musavat.com xəbər verir ki, ərazidə artıq bir neçə dəfə uçqun baş verib. Evlərin yanından dəmiryolu xəttinin keçməsi, yağan yağışlar təhlükəni daha da artırır.
 
Havaların yağışlı keçməsi ilə ərazidə yenidən böyük uçqun baş verib. Hətta uçqun ərazidən keçən dəmiryolu xətlərindən birini bağlayıb.
 
Daha sonra relslərin üstü qayalardan təmizlənib. Lakin heç bir təhlükəsizlik tədbirləri görülməyib. Sakinlər qorxu içərisində evlərinin hər an uça biləcəyindən narahatdırlar.
 
Yaranan vəziyyətlə bağlı müvafiq qurumlar sakinlər tərəfindən məlumatlandırılıblar. Bu barədə ötən ay da saytımızda məlumat dərc edilmişdi.
 
Lakin hələlik addım-addım yaxınlaşan faciə ilə bağlı heç bir tədbir görülmür. /
 

 









 

Google+ WhatsApp ok.ru