Qaz partladı, 30 nəfər yaralandı

İranın paytaxtı Tehrana əzadarlıq məclisinin aşpazxanasında baş vermiş partlayışda 30 nəfər yaralanıb. 
Maide.az xəbər verir ki, hadisə bu gün Tehranın Baqir Şəhər qəsəbəsində Əfqanıstan vətəndaşlarının hüseyniyyəsində baş verib. Belə ki, günortadan sonra əzadarlıq məclisi zamanı yeməkxanada qaz balonu partlayıb və 30 nəfər yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 
Yaralıların hamısı Tehranda yaşayan Əfqanıstan vətəndaşlarıdır. /
 

Google+ WhatsApp ok.ru