Fevralın son günü ölkə ərazisində dumanlı hava proqnozlaşdırılır

Bakı və Abşeron yarımadasında fevralın 29-da hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə yağış yağacaq, zəif duman, gündüz dəyişkən buludlu olacağı ehtimal edilir, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən məlumata görə, havanın temperaturu gecə 5-7, gündüz 8-12 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ayrı-ayrı yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 5 dərəcəyədək isti, gündüz 12-17 dərəcə isti olacaq.

Google+ WhatsApp ok.ru