Feysbuk, İsrail rejimi ilə razılaşdı, fələstinlilərin hesabları dondurulacaq

Feysbuk, İsrail rejimi ilə razılaşdı, fələstinlilərin hesabları dondurulacaq

Feysbuk, Sionist İsrail rejimi ilə imzaladığı müqaviləyə əsasında, fələstinlilərə aid hesabları qadağan edəcək.
 
Maide.Az  Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Fələstin Fikir Azadlığı təşkilatı MADA, feysbuk rəsmiləri və İsrail rejimi nümayəndələri arasında keçirilən görüşdən sonra, çox sayda fələstinli istifadəçinin hesabının dondurulduğunu bildirib. 
 
MADA-nın ötən gün yaydığı hesabata görə, son 1 ay ərzində jurnalistlər, fəallar və cəmiyyət nümayəndələrinin feysbuk hesabları təqib olunub.
 
2014-2016 illəri arasında, 70 fələstinli jurnalistin sosial media hesabları hücuma məruz qalıb.
 
MADA bildirir ki, fələstinlilərə aid qadağan olan hesablarda işğalçı Sionist rejimin işğalçılığı pisləndiyi üçün  feysbuk tərəfindən bağlanılır.
 

Google+ WhatsApp ok.ru