FHN: Ağsuda meşə ərazisi yanğından mühafizə olunub, yanğın məhdudlaşdırılıb

FHN: Ağsuda meşə ərazisi yanğından mühafizə olunub, yanğın məhdudlaşdırılıb

Fövqəladə Hallar Nazirliyi Ağsuda baş verən yanğın barədə məlumat yayıb.
 
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Qırlar kəndi yaxınlığında meşə ətrafı ərazidə yanğın olması barədə məlumat daxil olub.
 
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
 
İlkin məlumata görə, bələdiyyəyə məxsus ərazidə 2 ha biçilmiş taxıl sahəsi və 0,5 ha sahədə kol-kos yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Ərazi mürəkkəb relyefdə yerləşdiyi üçün yanğınsöndürmə işlərində əsasən əl əməyindən istifadə olunur.
 
Əlavə məlumat veriləcək.
 

Google+ WhatsApp ok.ru