FHN: Yanğın zamanı binadakı uçaq bağçasından 50 uşaq və 15 personal, binadan isə 35 sakin təxliyyə olunub

"Süleyman Vəzirov küçəsində yanğın baş verən binada uşaq bağçası yerləşir”. Maide.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib.
 
R. Xudiyev bildirib ki, yanğın barədə “101” xidmətinə saat 09:53-də məlumat daxil olub: “Yanğın yerinə nazirliyin yaxın ərazidə olan bölmə və hissələrinin əməkdaşları gəlib. Daha sonra ikinci dərəcəli çağırış elan edilib. Çağırışa əsasən Bakı Qarnizonunun canlı qüvvə və texnikası hadisə yerinə cəlb edilib. Yanğın binanın zirzəmisindən 16-cı mərtəbəyədək şaxtada qeydə alınıb. Yanğının mürəkkəbliyi ondan ibarət olub ki, binanın ikinci mərtəbəsində uşaq bağçası yerləşir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları uçaq bağçasından 50 uşaq və 15 personalı, binadan isə 35 sakini təxliyyə ediblər. Yanğın zamanı heç kim xəsarət almayıb” . 

Google+ WhatsApp ok.ru