FHN Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb

HN Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.
 
Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda "BMW" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı  səkiyə çırpılıb.
 
Nəticədə, avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb. Əməliyyat saat 01:18-də başa çatıb.

Google+ WhatsApp ok.ru