Fidel Kastrodan İsrailə sərt sözlər

Kastro İsrail ordusunu Hitler ordusuna bənzədib

Kuba inqilabının əfsanəvi lideri Fidel Kastro, yazdığı məqalədə İsrailin Qəzzaya hücumu ilə bağlı çox sərt ifadələr işlədib və hücumları tənqid edib.

Kastro, İsrail əsgərləri üçün "İsrailin işlək gənclərini indi şərəhsiz bir ölümlə üz-üzə qoyurlar",-deyə qeyd edib.

Kastro, "Üzsüz Provakasiya" adlı məqaləsində Rusiya-Ukrayna sərhəddində vurulan və 295 nəfərin öldüyü Maleyziya təyyarəsinin "çox möhtəşəm bir provakasiya" olduğunu bildirib.

Kastro, həmçinin, məqaləsində İsrail ordusunu Hitlerin ordusuna bənzədərkən, Fələstinin İsrailə qarşı mübarizəsini 2-ci dünya müharibəsində SSRİ ordusunun Almaniyaya qarşı Stalinqrad mübarizəsinə bənzədib. O, məqaləsində, "fələstinlilər Stalinqradı müdafiə edənlər kimidi",-deyə qeyd edib.

abna.ir

Google+ WhatsApp ok.ru