Filippində qasırğa; 27 nəfər öldü 18 Dekabr 2017 02:00 Xəbərlər -- 24 nəfər itgin düşdü Filippində güclü qasırğanın ardınca sürüşmələr baş verib. Trend-in məlumatına görə, 27 nəfər təbii fəlakətin qurbanı olub, daha 24 nəfərin taleyi məlum deyil, itkin düşüb. Məlumata görə, Biliran adasının ifrastrukturu təbii fəlakətdən daha çox ziyan çəkib. Şəhərlərin birində iki məktəb dağılıb, körpülər uçulub. Bütün ölkə üzrə 11 min adam əlverişsiz hava şəraiti ilə əlaqədar limanlarda qalıb. Bu gün ölkə prezidenti Rodriqo Dutertenin təbii fəlakətdən daha çox ziyan çəkmiş rayonlara səfər edəcəyi bildirilib. Teqlər : #Filippində qasırğa; 27 nəfər öldü , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ticarət mərkəzlərini birləşdirən bərbad yol hamını təngə gətirib- VİDEO Pensiyalar nə qədər artacaq