Pensiyalar nə qədər artacaq

Pensiyalar nə qədər artacaq

-- Azərbaycanda nə zaman layiqli pensiya olacaq?

«Novoye Vremya» qəzeti «Azərbaycanda nə zaman layiqli pensiya olacaq?» sualını gündəmə daşıyır.
 
Müəllif yazır ki, indiki pensiya ilə normal yaşamaq mümkün deyil. Bu pul ərzaq və kommunal ödənişlərə güclə yetir. Üstəlik, sağlamlıqla bağlı ciddi nəsə yaranarsa, adama sadəcə «ayağını uzadıb, ölümü gözləmək qalır»:
 
«Təəssüf ki, bunu ölkədə 1.3 milyon nəfərdən çox olduğu bildirilən pensiyaçıların əksəriyyəti deyə bilər. Baxmayaraq ki, 10 ildən çoxdur ölkədə pensiya islahatları gedir, amma ahıl insanların çoxunun həyat səviyyəsində köklü dəyişiklik görünmür».
 
Müəllif pensiya ilə bağlı qanunvericilikdə dəyişikliklər olmasını, baza hissəsinin ləğvini, əvəzində «minimal pensiya» anlayışının gətirilməsini və pensiyaya çıxmaqdan ötrü yaş həddinin artırılmasını xatırladır.
 
Yazıda həmçinin bildirilir ki, indi artıq məcburi dövlət sosial sığorta ödənişlərinin 50 yox, 90 faizi vətəndaşın şəxsi hesabına köçürülür.
 
Müəllif bildirir ki, əvvəlcə pensiyaların baza hissəsi inflyasiyaya uyğun artırılırdı, indi isə əməkhaqqının artımı nəzərə alınır.
 
Yazıda oxucuların nəzərinə çatdırılır ki, 2018-ci ildə pensiyaların orta məbləği 216.5 manat, pensiyaçıların sayı isə 1 milyon 304.1 nəfər olacaq.
 
Müəllif vurğulayır ki, 2017-ci ildə ölkədə orta aylıq maaş 525.6 manatdır. 2016-cı il ilə müqayisədə 7.2 artım baş verib:
 
«Bu 7.2 faiz əməkhaqqı artımı ilə pensiyalar artırılacaq. Beləliklə, orta pensiya alanların pensiyası 15 manat artacaq. 11 ay ərzində isə inflyasiya 13.4 faiz olub. Ərzaq məhsulları isə 17.1 faiz bahalaşıb».(azadliq.org)
 

Google+ WhatsApp ok.ru