Filippində 90 nəfər torpaq altında qalaraq can verib - VİDEO

Filippində 90 nəfər torpaq altında qalaraq can verib - VİDEO

-- Şiddətli yağış və fırtınanın olduğu bölgədə onlarla insan itkin düşüb

Sakit Okeanınla sərhəddə yerləşən  ada ölkəsi Filippində tropik Tempin tufanı təxminən 90 insanın ölümünə səbəb olub. Mindanao adasında baş verən  tayfun qasırğası torpaq sürüşməsinə yol açıb.
 
Maide.Az "Presstv"-ə istinadən xəbər verir ki, rəsmi şəxslər şiddətli yağış və fırtınanın olduğu bölgədə çox sayda adamın da itkin düşdüyünü bildirir.
 
Mindanao adasında təsirli olan tayfun torpaq sürüşməsi və digər fəlakətlərə səbəb olur.
 
Tubod qəsəbəsində bir çox kəndin məhv olduğu barədə məlumatlar var. Şiddətli yağış və fırtınanın olduğu bölgədə onlarla insan itkin düşüb, insan tələfatının artacağından ehtiyat edilir. Fəlakət səbəbindən minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
 
Filippində keçən həftə görülən Urduca fırtınası 40-dan artıq adamın ölümünə yol açmışdı. Sakit okean ölkəsində hər il 20-yə yaxın tayfun və qasırğa təsirli olur.

Google+ WhatsApp ok.ru