Filippinin `özünkilərələ atəş` nəticəsində 10 hərbçi ölüb

Filippinin `özünkilərələ atəş` nəticəsində 10 hərbçi ölüb

Filippinin müdafiə naziri Delfin Lorenzana bildirib ki, ölkənin cənubunda Maravi şəhərində "özünkilərələ atəş" nəticəsində 10 hərbçi ölüb, daha 8 nəfər yaralanıb.
 
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Reyter agentliyi xəbər verir.
 
Jurnalistlər arasında yayılan yazılı bəyanatında Lorenzana bildirib: "Filippin əsgərlərindən ibarət hərbi qrup bizim öz hava zərbələrimiz altına düşüb, 10 nəfər ölüb, 8 nəfər yaralanıb".
 
Hadisəyə səbəb kimi, nazir koordinasiyada səhvinin olduğunu bildirib.
 

Google+ WhatsApp ok.ru