Filippin Vəkillər Kollegiyasının rəhbəri İslamı qəbul etdi

Filippin Vəkillər Kollegiyasının rəhbəri İzailito Tor Yon İranın Məşhəd şəhərində yerləşən İmam Rzanın (ə) müqəddəs hərəmini ziyarət edib. 
 
Bu barədə Qüds Rəzəvinin İslam Əlaqələri və Təbliğat məsələləri üzrə sədr müavini Seyid Calal Hüseyni məlumat verib: “Filippin Vəkillər Kollegiyasının rəhbəri İzailito Tor Yon Qüds Rəzəvinin qeyri-iranlı zəvvarlar üzrə idarəsində olaraq kəlmeyi-şəhadəti söyləyib və islam dinini qəbul edib.
 
44 yaşlı yenicə müsəlman olmuş bu şəxs kəlmeyi-şəhadəti deməzdən öncə dini ekspertlərin iştirakı ilə öz suallarını verib və suallarına cavab aldıqdan sonra islam dinini qəbul edib”.
 
Yenicə müsəlman olmuş filippinli bu qərarı barədə danışıb: “İslam barədə mütaliəyə bir neçə il öncə başlandım və illərlə araşdırmadan sonra islam dininin haqlılığı mənə aydınlaşdı”.
 
Filippin Vəkillər Kollegiyasının rəhbəri ümidvarlıq edib ki, Allah-taalanın qarşısında həqiqi müsəlman olaraq öz vəzifələrini düzgün şəkildə yerinə yetirəcək.
 
Əvvəllər katolik xristianı olan filippinli müsəlman islamı xristianlığın təkmilləşmiş zənciri adlandırıb.(islaminsesi)

Google+ WhatsApp ok.ru