Fitr bayramı ABŞ-da da rəsmi tətil olacaq!

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama  dünya müsəlmanlarını o cümlədən ABŞ müsəlmanlarını Fitr bayramı münasibəti ilə təbrik edib və elan edib ki, rəsmi Vaşinqton çalışır ki, Fitr bayramı gününü ABŞ-ın bütün məktəblərində rəsmi  tətil günü kimi elan etsin. 
Maide.az shia-news saytına istinadən məlumat verir ki, B.Obama deyib ki, çalışırıq Amerikada bu bayram rəsmi bayram kimi qeyd olunsun.  Ona görə ki, bu iş müsəlmanların Amerikanın siyasi və ictimai  işlərində rolunu göstərəcək. 
O, qeyd edib ki, Nyu-York dövlət məktəbləri  2015-2016-cı təhsil ilində Fitir və Qurban bayramlarında tətil olacaqlar. 
Qeyd edək ki, Nyu-York dövlət məktəbləri hal hazırda xristianlar və yəhudilərin dini bayramlarını tətil edirlər. Bundan öncə də Vermont, Masaçoset və Nyu-Cersi ştatlarında müsəlmanların bayramları tətil elan edilib. 
Statistik məlumatlara görə Nyu-Yorkda 600 mindən 1 milyona qədər müsəlman yaşayır. Həmçinin, dövlət universitetlərində oxuyan məktəblilərin təqribən 10%-i müsəlmanlardır.
Nyu-Yorkun islamçı fəalları  2009-cu ildə Fitir və Qurban bayramlarının tətil edilməsi istəyi ilə şəhər merinə müraciət etsələr də, o zamankı mer müsəlman ailələrin bu istəyini yerinə yetirməmişdi. /
 

Google+ WhatsApp ok.ru