Fitr bayramı iyulun 29-na təsadüf edə bilər 23 İyul 2014 01:00 Xəbərlər Maide.az-ın Fars xəbər agentliyinə istinadən məlumata görə, Tehran şəhərinin cümə namazı heyətinin rəhbəri Seyid Yədullah Şirmərdi bayram və bayram namazının vaxtı ilə bağlı açıqlama verib. Y.Şirmərdi deyib ki, iyul ayının 28-də Şəvval ayının görsənməsi ehtimalı çox azdır. Fitr bayramı böyük ehtimalla iyul ayının 29-na təsadüf edəcək. O qarşıdan gələn Fitr bayramı namazının İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei tərəfindən qılınacağını qeyd edib. “Fitir namazı Ayətullah Xameneinin imaməti ilə yerli vaxtla səhər saat 8-də Tehranın Cümə namazı qılınan müsəllasında qılınacaq”,-deyə Şirmərdi bildirib./ Teqlər : #Fitr bayramı iyulun 29na təsadüf edə bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD Avropada “Xilafət” elan edəcək İraqın yeni prezidenti seçildi