İŞİD Avropada “Xilafət” elan edəcək

 

İŞİD lideri Əbu Bəkr əl-Bağdadi  Avropadakı ilk İslam “xilafətinin”  İspaniya torpaqlarına qurmağı planladığını açıqlayıb.

Maide.az-ın İranın Mehr xəbər agentliyinə istinadən məlumatına görə,  İŞİD lideri Əbubəkr əl-Bağdadi ötən bazar günü Avropadakı tərəfdarlarına mesaj göndərərək deyib ki, İraqdakı üzvlərin tam qələbəsindən sonra Avropaya  gələcəklərini və İspaniyanın Əndəlus

torpaqlarında oxşaq bir xilafət rejimi quracaqlarını bildirib.

 Öz mesajında Bağdadi İŞİD-in Suriyə və İraqdakı əməliyyatlarda iştirak edən üzvlərinə vədlər verib və Avropada xəlifəlik rejimi qurulduqdan sonra Avropalıların malını və mülkünü İŞİD üzvlərinə halal edəcəyini deyib.

Əndəlusdan sonra bütün Avropa ölkələrində xilafət qurmaq üçün döyüşəcəyini deyən İŞİD lideri, ona sadiq olan döyüşçülərinin Avropa xəlifəliyində idarəetməni verəcəyini bildirib./

 

Google+ WhatsApp ok.ru