Floridada silahlı insidentdə 7 nəfər yaralanıb

ABŞ rəsmiləri Florida ştatının Tampa şəhərində gecə klubunda silahlı insident nəticəsində ən azı 7 nəfərin yaralandığını bildiriblər.
 
Maide.az xəbər verir ki, Tampa polisi bildirib: Bu şəhərdə gecə klubunda silahlı insident nəticəsində ən azı 7 nəfər yaralanıb.
 
Hələlik  hadisədə yaralanan şəxslərin vəziyyəti, atəş açan və yaxud atəş açanların kimliyi, onların həbs olunub-olunmaması barəsində heç bir məlumat yayılmayıb.
 
İldə Amerikada minlərlə nəfər silahlı insident nəticəsində həlak olur./
 

Google+ WhatsApp ok.ru