Frankfurtda 350 aksiyaçı həbs edilib

Almaniyanın Hessen vilayətinin Frankfurt şəhərində iqtisadi qənaət siyasətlərinə etiraz edən etirazçılardan 350 nəfər həbs olunub. Bunu Almaniya Polisinin sözçüsü elan edib. 

Maide.az xəbər verir ki,  polis elan edib ki,  Almaniyanın təhlükəsizlik qüvvələri iqtisadi qənaət siyasətlərinə etiraz olaraq,bu şəhərdə Avropa Mərkəzi Bankının yeni binası qarşısında keçirilən geniş aksiya zamanı, 350 aksiyaçını həbs edib.

Frankfurt polisinin sözçüsünün bildirdiyinə görə bu aksiya zamanı təqribən 90 polis əməkdaşı yaralanıb və başqa 80 nəfər isə gözyaşardıcı qazların tənəffüsü nəticəsində boğulma vəziyyətinə düşüb.
Etirazçıların nümayəndəsi də deyib: Polis aksiya iştirakçılarına qarşı dəyənək, gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Təqribən 1500 nəfər bu gün Frankfurtda aksiya keçirərək, iqtisadi qənaət proqramının icrasına etiraz edib və bu proqramın dayandırılmasını tələb ediblər./
 

Google+ WhatsApp ok.ru