Fransa: Suriyada Əsədsiz həll yolu mümkün deyil

Fransa Xarici İşlər naziri Laurent Loran Fabius Suriyadakı böhranın diplomatik yolla həlli və milli birlik dövlətinin qurulması üçün prezident Bəşər Əsəd hökumətinin nümayəndələrinə də ehtiyac olduğunu söyləyib. Maide.az  xəbər verir ki, Fabius, "Yəni, Əsədi yox sayaraq Suriyada diplomatik çıxış yolu təmin etmək qeyri-mümkündür", - deyib.
 
Xatırladaq ki, 2011-ci ildən bəri Suriya terrorçuların zorakılıq aktlarına səhnə olub. Fransa ilk gündən etibarən Əsəd rəhbərliyinə müxalif qrupların əsas dəstəkçisi rolunu oynayır. Müxaliflərə maliyyə yardımı ilə bərabər silah-sursat da verir. 2012-ci ildə Suriyada zorakılıq hadisələrinin artmasından sonra Paris Dəməşq rəhbərliyi ilə diplomatik əlaqələrini kəsib. Bununla yanaşı bəzi Fransa nümayəndə heyətləri 2014-cü ildə Dəməşq rəhbərliyi ilə davam etdirilən danışıqlara qoşulub.
 

Google+ WhatsApp ok.ru