Fransada burkini qadağası məhkəmənin qərarı ilə ləğv edildi

Fransada burkini qadağası məhkəmənin qərarı ilə ləğv edildi

Fransada həftələrdir davam edən, həm ölkə daxilində, həm də dünyada gərgin mübahisələrə səbəb olan qapalı çimərlik geyimi - burkini qadağası məhkəmənin qərarı ilə ləğv edilib.
 
Cənub sahillərində bəzi çimərliklərdə başlanılan qadağa, İnsan Haqları Liqasının müraciətini qərarlaşdıran Ali Məhkəmə tərəfindən ləğv edilib. Qərar iki şəhərdəki çimərlikləri əhatə edir.
 
Fransa polisinin burkini geyinən qadınları geyimləri çıxartmağa məcbur etməsi və pul cəzası tətbiq etməsi, dünya miqyasında böyük reaksiyaya səbəb olmuşdu. (deyerler) /

Google+ WhatsApp ok.ru