Fransada etiraz aksiyaları yenidən başladı - Video

Fransada etiraz aksiyaları yenidən başladı - Video

Fransa Prezidenti Emmanuel Makronun pensiya islahatı planından sonra başlayan tətil üçün yüz minlərlə insan yenidən etirazlara başlayıb.

Etiraz aksiyalarının əsasən Paris, Tuluza, Marsel və Ruan şəhərlərində keçirildiyi bildirilib.

Nəqliyyatın hərəkətinin dayandığı aksiyalarda, xüsusilə Parisdə metro xətləri bağlanıb.

Ölkədə bəzi universitetlərdə təhsilin dayandığı qeyd edilib.

Fransa Baş Naziri Eduard Filip bu gün pensiya planının təfərrüatlarını açıqlayacağını diqqətə çatdırıb. /eastnews.org

Google+ WhatsApp ok.ru