Fransa da Fələstin Dövlətini tanıdı

Fransa parlamenti bu gün keçirdiyi iclasda Fələstinin dövlət kimi tanınmasının lehinə səs verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səsvermədə 339 deputat lehinə, 151-i isə əleyhinə səs verib. Qeyd edək ki, indiyədək 135 ölkə Fələstin Dövlətini tanıyıb.

Fələstin mövzusu ilə əlaqədar dekabrın 11-də Fransa Senatında da səsvermə gözlənilir.

 

Ötən aylarda İsveç də Fələstini müstəqil bir dövlət olaraq tanıdığını açıqlamışdı. İsveç Fələstini müstəqil ölkə kimi tanıyan ilk Avropa Birliyi ölkəsi olmuşdu. Fələstini müstəqil dövlət kimi bu günə qədər Türkiyə, Braziliya, Argentina, Boliviya, Ekvador, Qayana, Peru və Çili tanıdığını açıqlamışdı. Macarıstan, Polşa və Slovakiya da Avropa Birliyinin üzvü olmadan əvvəl Fələstini tanıdıqlarını bildirmişdir.

Google+ WhatsApp ok.ru