Fransada islamofobiya şiddətlənib

Maide.az-ın məlumatına görə, Frans-24 telekanalı 2015-ci il yanvar ayında Parisdə Çarli Hebdo nəşrinin ofisinə hücumdan sonra Fransada islamofobiyanın şiddətləndiyini bildirib. 
Bu məlumata görə, 2015-ci ilin ilk üç ayında müsəlmanlara qarşı 226 hücum halı qeydə alınıb. Bu isə ilin analoji vəziyyəti ilə müqayisədə 6 dəfə artımın olduğunu göstərir. 
 
Fransa Daxili İşlər Nazirliyi tezliklə yüz milyon avroluq layihəni icra etmək niyyətindədir. Layihədə belə hadisələrin artmasının qarşısının alınması nəzərdə tutulur. 
 
17 nəfərin ölümü ilə nəticələnən Çarli Hebdo nəşrinə hücumun ardınca yaranan nigaranlıq nəticəsində artıq fransızlar ifratçı qruplarla müsəlmanlar arasında fərq qoymamağa başlayıblar.

Google+ WhatsApp ok.ru