Fransada iğtişaşlar benzin qıtlığı yaradıb

Parisdə davam edən etirazlar və tətillər benzin qıtlığına səbəb olub.
 
İslaminSesi Haber7-ə istinadən bildirir ki, Parisi sirkələyən etirazlar benzin qıtlığı yaradıb. Belə ki, etirazçılar neft bazalarına gedən yolları bağlayıblar və işçilərin əksəriyyəti də tətil edib. Bu da benzindolduma məntəqələrində uzun -uzadı növbələrin yaranmasına gətirib çıxarıb. Etirazçılar iş qanunu qüvvədən düşənə qədər etirazları davam etdirəcəklərini bildiriblər. 
 
Hazırda Fransada benzin qıtlığı yaşanır. Bir çox benzindoldurma məntəqələrində növbələr, bəzilərində isə "Benzin yoxdur" elanı ilə qarşılaşan insanlar sıxıntı çəkirlər. Son məlumatda bildirilir ki, ümumilikdə Parisdə 76, ölkədə isə 1500 benzindoldurma məntəqəsində benzin bitib. /

Google+ WhatsApp ok.ru