Fransada məscid yandırıldı FOTO-VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, Fransanın Auch şəhərində bir məscid yandırılıb.  Bu ölkədə böyük səs-küyə səbəb olub.
Baş prokuror  Rierre Aurignac verdiyi açıqlamada  dünən  Auch məscidində baş verən yanğının qəsdən töbrədildiyini bildirib.
 
İstintaq nəticəsində  ibadət ocağının 70 faizinin  benzinlə yandırıldığını  deyən Aurgnac hadisənin baiskarlarını axtardığını da vurğulayıb.
 
 
Hadisə ilə əlaqədar Fransa prezidenti Fransua Olland da münasibət bildirib. Yelisey Sarayından verilən açıqlamada yanğının qəsdən törədilməsi açıq-aşkar bəyan edilib və yanğın hadisəsi pislənilib: «Məscidə hücum Respublika dəyərlərinə açıq hücumdur. Müsəlman icmaların inanclarını azad və etibarılı şəkildə həyata keçirmələri üçün şərait yaradılmalıdır»
 

 

Google+ WhatsApp ok.ru